125 kHz proximity kartlar
125 kHz LF çipli və dəyişdirilə bilməyən unikal nömrəli, bank kartı ölçüsündə PVC kartlar.
5 məhsul göstərilir
İki Tərəfli Çaplı 125 kHz Proximity RFID Kart - Dəyişən Datalı
Çapsız 125 kHz Proximity RFID Kart
Bir tərəfli çap olunmuş 125 kHz proximity kart
125 kHz Proximity kart və boyun lenti dəsti
Proximity kart nədir?
Proximity kart içində 125 kHz aşağı tezlikli RFID çipi olan, bank kartı ölçüsündə (85,6 × 54 mm) PVC kartdır. Çipdə dəyişdirilə bilməyən unikal kart nömrəsi var; oxuyucu bu nömrəni oxuyur, keçid icazəsini isə oxuyucunun qoşulduğu sistem verir. Turniket, qapı, avtodayanacaq baryeri və iş vaxtının uçotu sistemlərində ən çox istifadə olunan kart növüdür.
Texniki xüsusiyyətlər
- Tezlik: 125 kHz (LF)
- Çip: TK4100 (EM4100 formatı), istehsalçı Mango və ya Fudan Microelectronics
- Yaddaş: 64 bitlik, yalnız oxunan kart nömrəsi
- Oxuma məsafəsi: oxuyucudan asılı olaraq təxminən 2–3 sm
- Ölçü: ISO CR80, 85,6 × 54 mm
Çap və sifariş
Kartlar çapsız və ya bir, iki tərəfli tam rəngli çapla hazırlanır. Dəyişən məlumatlı çap hər karta fərqli ad, nömrə və ya QR kod əlavə edir. Çaplı kartlarda minimum sifariş 10 ədəd, çapsız kartda 1 ədəddir.